“Büdcədən maliyyələşən təşkilatların hesabatları cəmiyyət üçün açıq olmalıdır” – QHT sədri

“Büdcədən maliyyələşən təşkilatların hesabatları cəmiyyət üçün açıq olmalıdır” – QHT sədri

Saatlıda "Demokratik İnkişafın Təşviqi" İctimai Birliyinin təşkilatçılığı ilə "İctimai iştirakçılığın təşviqi" mövzusunda növbəti dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil edilən dəyirmi masanı layihənin rəhbəri Kərim Əhmədov açıb. O, öncə layihənin məqsədləri haqqında məlumat verib. Bildirib ki, son zamanlar ölkədə dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması xətti götürülüb. O, bu sahədə ictimai iştirakçılığın vacib olduğu vurğulayıb.

Layihənin eksperti Şaban Nəsirov aparılan iqtisadi və kadr islahatlarına diqqət çəkib. O, "şəffaflığın qorunması üçün ictimai nəzarətin formalaşmasına ehtiyac var" fikrinin doğru olduğunu deyib: "Şəffaflığın təmin olunması ölkə iqtisadiyyatının inkişafı üçün vacib şərtdir. Bu ilk növbədə büdcə vəsaitlərinə qənaət deməkdir. Dövlət büdcəsindən maliyyələşən bütün təşkilatların maliyyə hesabatları cəmiyyət üçün açıq olmalıdır. Bütün qurumların internet saytları var. Həmin maliyyə hesabatları orada yerləşdirilməlidir ki, istənilən vətəndaş, istənilən QHT və ya müstəqil iqtisadçı həmin hesabatlara baxıb, təhlillər apara bilsinlər. Ekspertlər bildirir ki, vergilər sistemində aparılan islahatların, leqalaşmanın nəticəsində dövlət büdcəsinə əlavə 800 milyon manat vəsait daxil olub. Ümid edirik ki, bu islahatlar daha da genişləndiriləcək və bütün sahələri əhatə edəcək".

Ekspertin fikrincə, büdcəyə əlavə vəsaitlərin daxil olması, kölgə iqtisadiyyatının aradan qalxması, həmin vəsaitlərin əhalinin sosial təminatı istiqmətində xərclənməsinə şərait yarada bilər:

"Bu baxımdan da hesab edirik ki, şəffalığın təmin olunmasına ictimai qurumlar da öz töhfələrini verməlidirlər. Vətəndaşlar da bu işdə fəal olmalıdırlar".

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

dialoq.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31