İki rayonda 612 fərdi evə qaz verildi
İki rayonda 612 fərdi evə qaz verildi
26 Noyabr 2019 15:50 İqtisadiyyatQazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, Qazax rayonunun yeni yaşayış massivində yerləşən 115 fərdi yaşayış evinin, eləcə də Samux rayonun yeni yaşayış massivində yerləşən 497 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub. Ümumilikdə, qazlaşdırma işləri üçün 57 071 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31