Gələn il üçün yaşayış minimumunun məbləği təsdiqləndi
Gələn il üçün yaşayış minimumunun məbləği təsdiqləndi
25 Noyabr 2019 17:02 İqtisadiyyatMilli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir. Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub. Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31