Qusarın yeni yaşayış massivinə təbii qaz verilib

Qusarın yeni yaşayış massivinə təbii qaz verilib

Bu gün Qusar şəhərinin yeni yaşayış massivi adlanan ərazisində qazlaşdırma işləri başa çatdırılıb və 88 fərdi evə mavi yanacağın verilişi təmin olunub. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, ümumilikdə, massivin qazlaşdırılması üçün 8978 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31