Samir Şərifov: “Qaldırılan sualların təqdim olunan büdcə layihəsinə heç bir aidiyyatı yoxdur”

Samir Şərifov: “Qaldırılan sualların təqdim olunan büdcə layihəsinə heç bir aidiyyatı yoxdur”

"2020-ci ilin büdcə zərfinə daxil olunan məsələlər Milli Məclisin müzakirəsindədir. Qaldırılan suallar, şərhlər və təkliflərlə bağlı aparılan müzakirələr zamanı millət vəkillərini narahat edən məsələlər Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən cavablandırılır". OLAYLAR xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. S.Şərifov bildirib ki, əksər deputatlar təmsil etdikləri rayonlarda məktəblər, baxçalar və digər sosial inzibati binaların, o cümlədən kanalizasiya xətləri və bu tipli infrastruktur layihələrin icrası ilə bağlı təkliflərlə çıxış edib: "Demək istəyirəm ki, 2020-ci il büdcə zərfində nəqliyyat infrastrukturu, melarasiya, su, qaz, elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması üçün vəsait ayrılıb. Sosial yönlü layihələr dövlət investisiya xərclərinə daxil edilib. 336 milyon manat isə məktəb və uşaq baxçalarının tikintisinə ayrılıb. Səhiyyə obyektləri üçün 76 miylon manat ayrılıb. Şəhid ailələri üçün evlərin tikintisi üçün 3 milyon, digər sosial layihələr üçün 79 milyon manat ayırlıb ki, bu işlər icra olunsun. Əminliklə demək olar ki, bu layihələrin icrası üçün vəsaitlər təmin oluna bilər". Nazir qeyd edib ki, bir qayda olaraq investisya xərcləri il başa çatdıqda bir daha təhlil olunur və növbəti ildə başlanması zəruri olan layihələrə vəsait ayrılması büdcə zərfində yer alır: "Zənnimcə bu istiqamətdə qaldırılan sualların təqdim olunan büdcə layihəsinə heç bir aidiyyatı yoxdur. Ona görə də biz bu problemləri də başqa çərçivədə baxıb, həll edə bilərik. Bu baxımdan irəli sürülən həmin təklif və şərhlərin təhlisi aidiyyatı dövlət qurumları tərəfindən araşdırılacaq və deputatlara məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31