Deputat: “Hərbi xərclərin azaldılması narahatçılıq yaradır”
Deputat: “Hərbi xərclərin azaldılması narahatçılıq yaradır”
25 Noyabr 2019 13:06 İqtisadiyyat"Büdcə mükəmməl hazılanıb, sosial yönümlüdür. Lakin büdcədə hərbi xərclərin azaldılması narahatçılıq yaradır". OLAYLAR xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Məmmədov deyib. E.Məmmədov ryni zamanda büdcənin xərclənməsi zamanı səlahiyyətli olan şəxslərin şəffaflığı təmin etməyə, israfçılığa yol verməməyə çağırıb. Deputat məcburi köçkünlərə verilən müavinətlə bağlı da narahatlığını ifadə edib: "Məcburi köçkün yerli adamla evlənirsə və ya ev alırsa, ona verilən müavinət kəsilir. Hesab edirəm ki, bu normal deyil. Bununla yanaşı yeni ailədə doğulan uşaqlara da müavinət verilmir. Bu məsələlərə yenidən baxılmalıdır".