Bu ilin 10 ayında 293 bina mavi yanacaqla təmin olunub

Bu ilin 10 ayında 293 bina mavi yanacaqla təmin olunub

Azərbaycan Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

"OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən xəbərə görə. fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, bu il noyabr 1-nə olan məlumata görə 293 yaşayış binası üzrə 17 104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2 504 mənzil təbii qazla təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31