“Azəriqaz” Nizami rayonunda qazanxananın qazla daimi təchizatını həll edir
“Azəriqaz” Nizami rayonunda qazanxananın qazla daimi təchizatını həll edir
20 Noyabr 2019 11:30 İqtisadiyyatNoyabrın 20-də Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün bir sıra işlər görüləcək.
"Azəriqaz"ın Mətbuat Xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, "Azəristiliktəchizat" ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Bu zaman saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31