“Azərbaycan qlobal tranzit mərkəzinə çevrilib” – Şərh

“Azərbaycan qlobal tranzit mərkəzinə çevrilib” – Şərh

"Müstəqil dövlətimizin iqtisadiyyatı neft və qeyri neft sektorunun göstəriciləri və inkişafı əsasında qiymətləndirilir. Son illərdə ölkəmizdə dövlət başçısının göstərişi ilə qeyri neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Nəqliyyat və tranzit məsələləri də qeyri neft sektoruna aid edilir. Baxmayaraq ki bu məsələlər ölkəmizdə müstəqillik qazanıldığı andan başlayaraq diqqət mərkəzindədir, bu gündə öz aktuallığını itirməmişdir. Nəqliyyat və tranzit yolları bir növ beynəlxalq mühitə, beynəlxalq bazara çıxışı, dövlətin təhlükəsizliyini təmin edir. Xüsusilə dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O bildirib ki, ölkədə ən əhəmiyyətli tendensiyalardan biri daxildə nəqliyyat, avtomabil, dəmir və digər yolların beynəlxalq standartlara cavab verməsidir: "Dünya İqtisadi Forumun son hesabatına diqqət edərsək, dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Ölkəmizdə bir sıra xüsusi dəmir yolları çəkilmişdir: Bakı-Yalama, Ələt-Atara. Ölkəmizdə çəkilən ən müasir dəmiryollarından biri Bakı-Tiblisi-Qars dəmiryolu kəməridir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı qeyd edir: "Bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir." 2017-ci ildə istifadəyə verilmiş bu layihə Azərbaycanın böyük uğurlarından biri kimi hesab edilir. Kəmər beynəlxalq dildə "Dəmir ipək Yolu" adını almışdır".

Ekspert qeyd edib ki, layihə bir növ Xəzər və Qara dəniz qovuşdurucusuda hesab edilə bilər: "Bundan əlavə dəmiryolunun inkişafı üçün 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bundan əlavə Gəmiqayırma zavoduda fəaliyyət göstərir. Ölkəmizdə Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir, eləcə də, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa, Asiya istiqamətinə yüklər daşınır. Bu ölkəmizə olan böyük etimaddan və tranzit ölkəsi olmağımızdan xəbər verir. Ölkəmiz Xəzər dənizi əhatəsindəki digər qonşularla da tranzit əlaqələri sıx şəkildə inkişaf etdirir. Buna misal olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı imzalanmış 21 sənəddən əksər hissəsi məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olub. Belə ki, səfər çərçivəsində imzalanmış 9 sənəd məhz tranzit əlaqələrinin inkişafı ilə bağlıdır. Ölkə daxilində də dəmir yolları genişləndirilir, sərnişin daşınmaları inkiaş etdirilir və eləcədə bununla bağlı geniş tədbirlər görülməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31