“Azərbaycanın beynəlxalq arenada etibarlı tranzit tərəfdaş kimi rolu artıb” – Şərh

“Azərbaycanın beynəlxalq arenada etibarlı tranzit tərəfdaş kimi rolu artıb” – Şərh

"Azərbaycan həqiqətən son illərdə nəqliyyat sektorunda misilsiz inkişafa nail olub. Cənab prezidentin Cavid Qurbanovu qəbul edərkən öz çıxışında qeyd etdiyi kimi Azərbaycanda dəmir yolları infrastrukturuna böyük həcmdə investisiyalar qoyulub. Ölkəmiz Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, inkişaf etməkdə olan bir MDB ölkəsi olaraq Azərbaycan üçün çox böyük göstəricidir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

"2017-ci Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Bakı-Sumqayıt qatarının fəaliyyəti, yeni xəttə buraxılan Bakı-Gəncə qatarı vasitəsilə 4 saat ərzində Bakıdan Gəncəyə çatmağın mümkünlüyü bunlar həqiqətən böyük uğurlardır. Azərbaycanda dəmir yolları infrastrukturunun bu səviyyədə inkişafa daxili vəziyyətə ciddi təsirini göstərdiyi, əhalinin ünvan başına rahat çata bilməsini təmin edə bildiyi kimi, eyni zamanda beynəlxalq arenada etibarlı tranzit tərəfdaş kimi rolunu artırır", - deyə ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31