İqtisadiyyat naziri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru xanım Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan və SECO arasında əməkdaşlığın cari vəziyyəti və perspektiv imkanları, ölkənin investisiya və iqtisadi rəqabət mühiti, həmçinin Vergilər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31