İslahatlar yeniləşən Azərbaycan deməkdir

İslahatlar yeniləşən Azərbaycan deməkdir

Ölkə prezidenti İlham Əliyevin kadr islahatlarının dövlətin iradəsi kimi ortaya qoyması  uzaq hədəflərə hesablanmış addımlardır. Ona görə ki, kadr islahatlarının sayəsində qarşıda duran vəzifələri həyata keçirmək üçün bütün bunlar ən vacib addımlardan biridir. Bu, müasir standartlar çərçivəsində Azərbaycanda həyata keçiriləcək bir sıra reformlar üçün olduca vacib faktordur. Sənayeləşmə, yeni iqtisadi infrastrukturların yaradılması, idarəetmə, sosial-iqtisadi həyat tərzinin tamamilə dəyişməsi məhz irəli sürülən islahatlara bağlıdır. Bu yöndə daha öncələr prezident İlham Əliyev dəfələrlə gündəmə gətiriləcək islahatlar barəsində açıq şəkildə işarələr vurmuşdu. Artıq həmin hədəfləri həyata keçirməyin, düzgün hesablanmış strateji yanaşamaların mərhələsi artıq göz önündədir.

Beynəlxalq şərtlər içindəki Azərbaycan

Bu gün BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı sayılan və 120 ölkənin qatıldığı "Qoşulmama Hərəkatı"na Azərbaycan Respublikası yaxın üç ildə rəhbərlik edəcək. Bu dövlətimizə dünyanın 120 ölkəsinin göstərdiyi ən böyük etimaddır. 120 ölkə ilə intensiv əlaqələrin qurulması Azərbaycanın bir sıra köklü problemlərinin həlli deməkdir. Buraya
a) Ermənistanın işğalçılıq və ekspansionist siyasətinin qarşısının alınması, 
b) Dünyanın bir çox ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi,
c) Azərbaycana xarici investisiyaların axının təşkili,
d) Turizm sektorunun daha sürətlə inkişaf etməsi,
e) Ölkəmizdə istehsal olunan malların ixracının daha da artması,
o) Yeni İpək Yolu nəqliyyat dəhlizinin inkişafı,
v) Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi,
n) Yeni innovasiya texnologiyalarının güclənməsi,
m) Ölkəmizdə sosial-iqtisadi həyat tərzinin dünya standartlarına uyğunlaşması və digər mühüm faktorlar daxil olacaqdır.
Azərbaycanın strateji baxımdan coğrafi mövqeyi həm də Qərb-Şərq münasibətlərinə yeni rəng qatacaqdır. Belə ki, Qafqaz, Orta Asiya və Yaxın Şərq ölkələrinin arasında bu gün yeni münasibətlərin yaradılması, eləcə də bu prosesin inkişafı XXI yüzilin ən böyük şərtlərindən biridir. Region ölkələrində yaşanılan vətəndaş müharibələri, dini radikalizm, orta əsrlərdən miras qalmış idarəetmə sistemləri tamamilə dəyişməlidir. Bu mənada demək olar ki, Azərbaycan bir dövlət olaraq lider statusu ilə bu yöndə çox böyük islahatlara qədəm qoyubdur.

Kadr islahatlarının əsil mənası

Ölkə prezidenti İlham Əliyevin son bir ildə apardığı kadr islahatlarının başlıca meyarı müasir standartlara cavab verən, vətəndaş cəmiyyəti stukturlarını bilən, menecer-texnokratiyanın yeni düşüncə tərzi ilə həyata keçiməsini mükəmməl bilənlərin, gənc olmalarına baxmayaraq təcrübəli mütəxəssislərin iş başına gətirilməsi ilə müşahidə olunur. Faktiki olaraq, son bir ildə iri çəkili məmurlar haqqında əvvəllər olduğu kimi cəmiyyətdəki neqativ münasibətlər demək olar ki, tamamilə yoxa çıxıb. Yeni nazirlər, komitə sədrləri, icra hakimiyyəti başçıları və digər məmurlar mütəmadi olaraq xalqın qaşrısında hesabatlar verirlər. Bundan əlavə, bürokratik ənəgəllər, süründürməçilik, məmur özbaşınalıığına da son qoyulubdur. Regionların inkişafı dövlət proqramının əsil mənasını hər kəs öz həyatında hiss edir. Bu, aqrar sektorun və digər qeyri neft sahələrinin inkişafı ilə müşahidə olunur. Ötən illərdən fərqli olaraq yerli istehsalımızın milli brend adı altında dünya bazarına çıxarılması və dövlət büdcəsinə artıq sənaye mallarının, digər qeyri neft sektorundan əldə olunan gəlirlər sayəsində artması böyük inqilabi dəyişikliklərdən soraq verir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün ölkədə yoxsulluq 50 faizdən 5 faizə enmişdir. Maaşlar son illərdə iki dəfədən də çox artmışdır. Sosial yönlü islahatlar hər gün özünü insanların məişətində hiss edilməkdədir. Təbii olaraq bütün bunlar aparılan uğurlu kadr islahatlarının sayəsində baş verir.

Sosial islahatlar ədalətli dövlət modeli deməkdir

Prezident İlham Əliyev və onun iqtidardakı komandasının apardığı infrastruktur layəhələri sayəsində Azərbaycan artıq Cənubi Qafqazın və Yaxın Şərqin ən modern bir ölkəsinə çevrilibdir. Ölkədə qazlaşdırma demək olar ki, 96 faiz həddinə çatdırılıb. Son 15 ildə 15 min km. yeni yollar çəkilibdir və müasir standartlara cavab verən yol infrastruturlarımız vardır. 3200-dən çox orta məktəb və 640-dan çox tibb müəssisəsi tikilib istifadəyə verilibdir. Dünyanın heç bir ölkəsində 15 il ərzində bu nəhənglikdə sosial yönlü uğurlar əldə edilməyibdir. Orta hesabla əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması sosial sahədə ən böyük uğurlardan biri hesab olunur.
"Kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində aparılan islahatlar da artıq öz səmərəsini verməkdədir. Belə ki, bu sektorda çalışan 100 min insan potensial vergi ödəyicisinə çevrilibdir. Beləliklə də xalqın hakimiyyətə olan etibarı və inamı daha artmışdır. Əlbəttə bütün bunlar son deyil. Qarşıda daha genişhəcmli islahatlar aparılacaqdır. Unutmayaq ki, Azərbaycan bu gün dünya çapında 30 illik tarixə malik olan müasir dövlətlərdən biridir. Ancaq, hansısa supergücün, xarici iqtisadi və siyasi çevrələrin "əlaltısı" sayılmır. Ona görə ki, Azərbaycan bir dövlət olaraq öz hakimiyyəti və xalqına güvənən bir dövlətdir. Bu möhtəşəmlikdə olan inkişafı görmək və duymaq üçün azından ölkəmizin və xalqımızın son 200 ildə keçdiyi tarixi yola nəzər salmaq gərəkdir. Bütün bunları qısa zamanda dəf etmək iradəli və savadlı, enerjili və müasir strateji hədəfləri mükəmməl bilən peşəkar kadrların sayəsində əldə edə bilmişik. Bu, görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyevin böyük uzaqgörənliklə önə çəkdiyi dövlət siyasətinin təməl prinsiplərindən qaynaqlanır. Prezident İlham Əliyevin bu prosesi ən müasir standartlar çərçivəsində inkişaf etdirməklə güclü Azərbaycan dövləti ideyasını zirvələrə qaldırmışdır. Yeniləşən Azərbaycan doktrinasının mənası budur.    

 Ə. Yusifoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31