İlham Əliyev: "İqtisadi artım vətəndaşların sosial təminatına müsbət təsir göstərmişdir"- Təhlil

İlham Əliyev: "İqtisadi artım vətəndaşların sosial təminatına müsbət təsir göstərmişdir"-Təhlil

Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsindən ibarətdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, ötən illərdə dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, hətta əvvəlki sürətlə davam etdirildi.Artıq 2019-cu il uğurla ömrünü başa vurmağa doğru gedir. Prezident İlham Əliyev ilin əvvəlində çıxışı zamanı da bildirib ki, bu il də uğurlu il olacaq: "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından, başqa illərdən fərqlənən il olacaqdır". Bu gün ölkə Prezidentininq həyata keçirdiyi uğurul sosial siyasəti bunun sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Təsadüfi deyil ki, Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbulu zamanı Prezident İlham Əliyev qeyd edib ki, İqtisadi artım vətəndaşların sosial təminatına müsbət təsir göstərmişdir: "İqtisadi sahədə Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, 15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik".

Məlum olduğu kimi Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində sosial sahə, əhalinin rifah halının yaxşılaşdırlması dayanır. Dövlət başçısı hələ ötən ilin aprelində ümumxalq dəstəyi ilə növbəti müddətə Prezident seçiləndən sonra sosial sahədə aparılacaq islahatlar barədə bəyan etmişdi. Həmin siyasətin ana xəttini ötən il imzalanmış Sərəncam və Fərmanlar, Prezidentin qanunvericilik təşəbbüsləri təsdiq edir. Ötən il imzalanan sənədlər ümumilikdə sosial sahədə islahatların çoxşaxəli aparılmasını şərtləndirdi. Əmək, məşğulluq, sosial müdafiə sahələrində instutisional quruculuq prosesləri geniş vüsət aldı. Hazırda da bu oproses davam etməkdədir.

Qətiyyətlə demək olar ki, cari ildə tətbiq edilən maaş artımları həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi göstəricisidir. Belə ki, sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artması və bu artımın, ümumilikdə, 450 min insana şamil edilməsi, bir daha onu sübut edir ki, Prezident İlham Əliyev verdiyi bütün vədlərin həyata keçirilməsində maraqladır, o cümlədən, sözügedən sosial siyasət qarşıdakı zamanlarda da davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı Sərəncamına əsasən, yeni vahid tarif cədvəlinə əsasən 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib. Məlumat üçün qeyd edək ki, təkcə bu artım 450 min insanı əhatə edir.

Sirr deyil ki, prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısı tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub və  bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Cənab Prezidentin dediyi kimi "biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik". Təsadüfi deyil ki,  2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların dördüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, sosial iqtisadi inkişafa hesablanıb.  

Xatirladaq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin  əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin  dörd dəfə aşağı düşməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub. Ölkənin sosial infrastruktururnun yaradılması da dövlətin diqqət mərkəzində olub.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31