Deputat hərbi xərclərin azaldılmasına etiraz etdi

Deputat hərbi xərclərin azaldılmasına etiraz etdi

"Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə kimi 1,3 milyard azalıb. Bəlkə, Qarabağ müharibəsini udmuşuq, ya torpaqları almışıq?! Müdafiə məsələlərində çox diqqətli olmalıyıq". "Olaylar" xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə (MM) büdcə müzakirələrində çıxışı zamanı deyib. Deputat  sonra "BP"  şirkətinin fəaliyyətinə toxunaraq bu illər ərzində onun Azərbaycan büdcəsinə nə qədər vəsait ödəməsi ilə maraqlanıb: "Mən bilmək istəyirəm ki, "BP" Azərbaycan büdcəsinə nə  qədər vəsait ödəyir? Şəxsən mənim bu haqda məlumatım yoxdur. Hansı ki, uzun illərdir Azərbaycana iqtisadiyyatından bəhrələnirlər. İqtisadiyyat Nazirliyi bu məsələləri təhlil etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31