Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

Noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31