“Kapital” Bank əmanətlərin verilməsi prosesinə hazır deyil? - FİKİR
Məhəmməd Talıblı: “Prosesin tək “Kapital” Banka həvalə olunması düzgün addım hesab edilə bilməz”
7 İyun 2012 14:31 İqtisadiyyatSovet dövründən qalma əmanətlərin verilməsi prosesinə start verilsə də proseduru həyata keçirən "Kapital" Bankın yerli şöbələrinin önündə uzun uzadı növbələr müşahidə olunmaqdadır. Bu isə ilk baxışdan onu deməyə əsas verir ki, "Kapital"Bank bu prosesə hazır görünmür. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, prosesin tək "Kapital" Banka həvalə olunması düzgün addım hesab edilə bilməz. Onun sözlərinə görə, bununla bağlı müvəkkil banklar müəyyən olunmalı, proses tək "Kapital" Banka deyil digər müvəkkil banklara da həvalə olunmalı idi: "Bankları seçmək və anonsunu qabaqcadan vermək olardı. Bu prosesi əmanətçilərin coğrafi strukturuna uygun da apramaq məqsədə uyğun olardı".