Ziyad Səmədzadə: “Qeyri-neft sektoru üzrə artım 12,6% olub”
Ziyad Səmədzadə: “Qeyri-neft sektoru üzrə artım 12,6% olub”
12 Noyabr 2019 13:07 İqtisadiyyat"Son illər ölkədə aparılan islahatlar, xüsusilə "kölgə iqtisadiyyatı" ilə mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.
Komitə sədri bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2%, qeyri-neft sektoru üzrə 7,6% olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7% təşkil edib: "O cümlədən qeyri-neft sektoru üzrə artım 12,6% olub". Komitə sədri qeyd edib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9%, neft sektoru üzrə 95,9%, qeyri-neft sektoru üzrə isə 109,5% yerinə yetirilib: "Cəmi fəal ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9% artıb".