Gələn il 64 min yeni iş yeri açılacaq

Gələn il 64 min yeni iş yeri açılacaq

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Nazir bildirib ki,  bu, ötən illə müqayisədə 17 faiz, yəni, 697,4 milyon manat artım deməkdir. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur. Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31