Nazir: “Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafını təmin etməkdir”

Nazir: “Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafını təmin etməkdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edək ki, Vergi Məcəlləsində 164 dəyişikliyin edilməsi nəzərdə tututlub. Maraqlıdır, Məcəllədə bu qədər dəyişikliyin edilməsinə nə dərəcədə ehtiyac var? "Olaylar" xəbər verir ki,  Millət vəkili, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək.  İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Yeniliklər əsasən  ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nazərətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaıdıması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasını, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir. Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləvğ edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır. Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31