Nazir: “Ötən il qarşıya qoyulmuş əsas hadəflərimizə nail olmuşuq”
Nazir: “Ötən il qarşıya qoyulmuş əsas hadəflərimizə nail olmuşuq”
8 Noyabr 2019 13:30 İqtisadiyyat"Ötən il qarşıya qoyulmuş əsas hadəflərimizə nail olmuşuq. Bu il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir". "Olaylar" xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8,9 faiz artım müşahidə olur. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir. M. Cabbarov onu da qeyd etdi ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır: "Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq".