Vüqar Gülməmmədov: “Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir”

Vüqar Gülməmmədov: “Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir”

"Büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir". "Olaylar" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyini təqdim edərkən deyib: "2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31