Hadı Rəcəbli: “Ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır”
Hadı Rəcəbli: “Ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır”
7 Noyabr 2019 11:57 İqtisadiyyat"Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi "Büdcə sistemi haqqında" qanuna, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb. "Olaylar" xəbər verir ki, bunu milləıt vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədri əlavə edib ki, büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir: " 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində irihəcmli büdcədir. Ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir".