Samir Şərifov: “Gələn il də dövlət büdcəsinin sosialyönümlülüyü təmin ediləcək”
Samir Şərifov: “Gələn il də dövlət büdcəsinin sosialyönümlülüyü təmin ediləcək”
7 Noyabr 2019 11:55 İqtisadiyyat"Gələn ildə də ənənəvi olaraq, dövlət büdcəsinin sosialyönümlülüyü təmin ediləcək". "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Bildirib ki, bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq: "Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək".