Samir Şərifov: “2020-ci ildə əməkhaqlarının artımı gözlənilir”

Samir Şərifov: “2020-ci ildə əməkhaqlarının artımı gözlənilir”

"Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək". "Olaylar" xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, gələn il büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq: "2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31