400 milyon dollarlıq investisiya

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tunisin baş naziri Əli əl-Ureyd Tunis iqtisadiyyatına 400 milyon dollar investisiya yatıran türk iş adamı İhsan Arslanı qəbul edib. Məlumatda qeyd olunur ki, türk iş adamı Tunisin Halkulval və Tunis gölü regionunda tikinti iqtisadiyyatına yatırım edib.

Tunisin dövlət naziri Rıza əs-Səidi bildirib ki, Arslanın investiyası Tunislə Türkiyə arasında artan iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31