Parlament büdcə müzakirələrinə start verir

Parlament büdcə müzakirələrinə start verir

Parlamentdə 2020-ci ilin büdcə müzakirələrinə başlanılır."Olaylar"ın xəbərinə görə, büdcə müzakirələrinə sabah, noyabrın 5-də start veriləcək. Büdcə müzakirələri  öncə komitələr səviyyəsində aparılacaq. Müzakirələr noyabrın 5-7-si tarixlərində davam edəcək. İlk iclas-sabah Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbərliyi və ən azı 5 komitənin birgə iştirakı ilə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31