Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək
Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək
4 Noyabr 2019 11:39 İqtisadiyyatNoyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-dən daxil olub. Bildirilib ki, buna səbəb Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.
Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31