Dövlət xətti ilə 114 ipoteka krediti verilib

Dövlət xətti ilə 114 ipoteka krediti verilib

Bu il noyabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 344,686 milyon manat təşkil edib. "Olaylar"ın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, bu, oktyabrın 1-i ilə müqayisədə 8,854 milyon manat və yaxud 0,7% çoxdur. Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 114 vahid artaraq 26 999-dan 27 113-ə çatıb. Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ oktyabrda 5,1 milyon manat artaraq 41,759 milyon manatdan 46,859 milyon manata çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31