İş adamı İlham İsmayılovdan aqrar sahənin inkişafına dəstək
İş adamı İlham İsmayılovdan aqrar sahənin inkişafına dəstək
31 Oktyabr 2019 15:05 İqtisadiyyatAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramına uyğun olaraq, bir çox iş adamları ölkədə aqrar sahənin inkişafını nəzərdə tutan bu proqramı dəstəkləmək məqsədilə fəaliyyətə başlayınlar. "OLAYLAR" xəbər verir ki,
bu təşəbbüsə ilk qoşulanlardan biri də ATXƏM-in sədri, iş adamı İlham İsmayılov olub. Artıq iki il ərzində başlamış bu geniş aksiyalar Azərbaycanda pambıqçılıq ənənələrinin yenidən dirçəldilməsinə, ölkəyə pambıq məhsullarının idxalını azaltmağa, regionlarda kəndlilər üçün yeni iş yerlərinin açılmasına və ölkəmizə xarici valyutanın gətirilməsinə təkan verib. Hesab etmək olar ki, ölkədə yenidən inkişaf etməyə başladılan "ağ qızıl" yaxın vaxtlarda həm də ölkəmizdə tekstil sənayeni canlandıracaq.
Artıq ağır zəhmətin ilk bəhrələri alınıb. İş adamı İlham İsmayılov, Salyan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Taryel Atamalıyav, fermer Qardaşxan Bünyadov, pambıqyığan-kombayınçı İlqar Kərimov bol məhsul yığımından razı qaldıqlarını ifadə ediblər.