“Konqresin Bakıda keçirilməsi kosmik cəhətdən böyük imic yaradacaq” – Şərh
“Konqresin Bakıda keçirilməsi kosmik cəhətdən böyük imic yaradacaq” – Şərh
31 Oktyabr 2019 14:23 İqtisadiyyat"Azərbaycan beynəlxalq arenada xüsusi fərqlənən ölkələrdən biri hesab edilir. Ölkəmiz mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, əlverişli xarici siyasət irəli sürür. Beynəlxalq tədbirlərin paytaxt Bakıda keçirilməsi respublikanın imicini yüksəltməkdədir. Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Astronavtika xüsusi təqdidi sahədir. Kosmik gəmilərin tətbiqi, kosmanaftların yetişdirilməsi, təlimləndirilməsi ilə məşqul olur. Bilsiyimiz kimi Azərbaycan fəzaya iki peyk - AzərKosmos və AzərSpace buraxmışdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, konqresin Bakıda keçirilməsi siyasi cəhətdən daha çox kosmik cəhətdən böyük imic yaradacaq: "Ölkəmizdə peşəkar kosmanavtların yetişməsi üçün bu konqresin böyük əhəmiyyəti olacağını düşünürəm. Siyasi cəhətdən Azərbaycanın müstəqil şəkildə peyklərdən istifadəsinə imkanlar açılacaqdır. Məhz ölkəmizə qarşı olan siyasi təsirlərin, ölkəmizə olan daşnaq təsirlər xarici peyklərə ötürülmə imkanları da mövcud olacaqdır. Həqiqətlər bütün dünyaya yayımlanacaqdır. Bu isə gələcəkdə Azərbaycanla bağlı düşüncələrin, Azərbaycanda gedən inkişafın xarici ölkələr üçün prioritet inkişaf modelinin yaradılmasına böyük dəstək verəcəkdir".