419 fərdi evə qaz verilib
419 fərdi evə qaz verilib
30 Oktyabr 2019 16:18 İqtisadiyyatOktyabrın 30-da Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib. Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub. Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31