“Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanda kosmik elmin inkişafına təkan verəcək” – Şərh
“Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanda kosmik elmin inkişafına təkan verəcək” – Şərh
30 Oktyabr 2019 15:56 İqtisadiyyat"Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakının bu cür möhtəşəm tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artırıcaq".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.
O bildirib ki, Azərbaycan dünyadakı yeganə dövlətlərdəndir ki, müstəqilliyini yeni qazanmış dövlət kimi bu qədər çoxsaylı uğurlara imza atıb: "Cənab prezidentin Azərkosmos Açıq səhmdar cəmiyyətinin sədrini qəbul edərkən qeyd etdiyi kimi bu gün Azərbaycan 3 peykə sahibdir. Bu böyük uğur, misilsiz nailiyyətdir. Ölkəmizdə kosmik elmin inkişafı yüksək dərəcədədir. Bu cür önəmli tədbirin ölkəmizə həvalə edilməsi bunun göstəricisidir. Tədbirin Bakıda keçirilməsi bu mövzu ilə məşğul olan dünya alimlərinin ölkəmizə marağını artıracaq və bu da özlüyündə Azərbaycanda kosmik elmin inkişafına təkan verəcək".