Sahibkarlarla bağlı işlərə baxılması proseduru sadələşdirilib

Sahibkarlarla bağlı işlərə baxılması proseduru sadələşdirilib

Ədliyyə Nazirliyinin iştirakı ilə ölkədə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllinin tezləşdirilməsi məqsədilə qanunvericilik təkmilləşdirilib, kiçik iddialara dair işlərə baxılması proseduru xeyli sadələşdirilib, məhkəmə icraatının elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması təmin edilib, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə sahibkarlıqla bağlı mübahisələrə baxan yeni kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib. Nazirlikdən "Olaylara bildirilib ki, bununla yanaşı, iddiaçılara, o cümlədən banklara heç yerə getmədən elektron sistem vasitəsilə mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin notariusun icra qeydi ilə 24 saat ərzində asan həlli imkanı yaradılıb və bu xidmətdən bəhrələnənlərin sayı sürətlə artmaqdadır. Bütün bunlar bank fəaliyyətinin müasir çağırışlara uyğun effektiv qurulmasına əlverişli şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31