Kənd təsərrüfatı məhsulları ilə bağlı festivalların keçirilməsi məhsuldarlığın artırılmasına təkan verir

Kənd təsərrüfatı məhsulları ilə bağlı festivalların keçirilməsi məhsuldarlığın artırılmasına təkan verir

"Kənd təsərrüfatı məhsulları ilə bağlı festivalların keçirilməsi məhsuldarlığın artırılması, fermerlərə, kiçik və orta sahibkarlara dəstək, onların istehsal etdikləri məhsulların təşviqi və satışının genişləndirilməsi məqsədi daşıyır. Belə festivallar həm də məhsul bayramı kimi xarakterizə olunur". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, festivallarda təşkil edilən sərgi-satış yarmarkaları öz növbəsində yerli məhsulların tanıdılması, müştərilərin tapılması və satış kanallarının genişləndirilməsinə xidmət edir. Belə festivalların aqroturizmin inkişafına da böyük dəstək olduğunu vurğulayan millət vəkili deyib ki, aqroturizmin inkişafı fermerlərə gəlirlərinin şaxələndirilməsi, əlavə gəlir mənbələri yerlərinin qazanılması üçün çox əhəmiyyətlidir: "Dünya təcrübəsində də festivallar məhsulların təşviqi ilə yanaşı, aqroturizmin inkişafına da güclü təkan verir. Bütövlükdə, bu kimi tədbirlər ölkəmizdə aqrar sahənin inkişafına töhfələr verir" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31