Ölkədə ildə 180 min tondan çox xurma istehsal olunur
Ölkədə ildə 180 min tondan çox xurma istehsal olunur
28 Oktyabr 2019 13:53 İqtisadiyyatAzərbaycanda ildə 180 min tondan çox xurma istehsal olunur. Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 812 hektar xurma bağı var və 2018-ci ildə bağlardan 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 80 faizi xaricə ixrac olunub. "Olaylar" xəbər verir ki, son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan "Balxurma" və "Balacans" Konserv zavodlarının nəzdində "Balakan Foods" müəssisələri yaradılıb. İllik istehsal gücü 2 min ton olan "Balxurma" müəssisəsində istehsal üçün meyvələr Balakən rayonunun sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik və ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.