35 min abonentin qaz təchizatında yenilik
35 min abonentin qaz təchizatında yenilik
25 Oktyabr 2019 16:18 İqtisadiyyatAbşeron rayonu Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2800 m uzunluqda yeraltı 530 mm diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşüb. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tez-tez qaz sızmaları baş verirdi və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı. Bu ilin avqust ayından həmin qaz kəmərinin diametri 400 mm olan polietilen borularla əvəz olunmasına başlanılıb. Qaz kəməri 3 yerdə dəmir yolu, 1 yerdə Bakı-Şamaxı avtomagistralı və 3 yerdə Xırdalan şəhərinin daxili küçə avtomobil yolları ilə kəsişməklə yeraltı çəkilib. Bu gündən işə salınacaq yeni kəmər Xırdalan şəhərində 35 min abonentin və sənaye obyektlərinin normal təzyiqdə qazla təmin etməyə imkan verəcək.