Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır

Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır

Azərbaycan "Doing Business 2020" reytinqində islahatçı ölkələrin Top 20-nə daxil edilib.

Olaylar.az Dünya Bankının bu gün dərc olunmuş illik məruzəsinə əsasən xəbər verir ki, "biznesə başlamaq" nominasiyasında bu il ötən ilki 9-cu yerdə qalan Azərbaycan "kredit almaq" nominasiyasında müvafiq olaraq 22-ci yerdən 1-ci yerədək, "tikintiyə icazə almaq" nominasiyasında da 61-ci yerdən 59-cu yerədək irəliləyib.

Bununla yanaşı, Azərbaycan "müqavilələrin icrasına təminat" nominasiyasında 28-ci yerdə, "vergitutma" nominasiyasında 40-cı yerdə, "mülkiyyətin qeydiyyatı" nominasiyasında 44-cü yerdə, "müflisləşmə prosedurunun sadəliyi" nominasiyasında 47-ci yerdə, "elektrik şəbəkəyə qoşulma" nominasiyasında 80-ciyerdə, "beynəlxalq ticarət" nominasiyasında 83-cü yerdə, "kiçik sərmayədarların qorunması" nominasiyasında 105-ci yerdə qərarlaşıb.

Bütövlükdə isə Azərbaycanın 190 ölkə arasında 34-cü yer tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31