Aydın Hüseynov: “2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq”

Aydın Hüseynov: “2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq”

Cənab Prezidentin də bəyan etdiyi kimi hökumət üzvləri artıq neçə vaxtdır ki, yeni büdcə paketi üzərində işləyirlər. Məlum olduğu, kimi Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" ötən ay hökumətə təqdim edilib. Həmin sənədin göstəricilərinə əsasən qeyd etmək mümkündür ki, 2020-ci iıin dövlət büdcəsi layihəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanır. 2020-ci ildə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.Onun dediyinə görə, 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcək: "2020-ci ilin dövlət büdcəsinin gəlirləri isə 24, 484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə artımın əsas mənbəyi qeyri-neft gəlirləridir. Qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq. 2020-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 milyard 618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur. Ümumilikdə, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31