Gürcüstan Rusiya bazarına qayıdır

Gürcüstan Rusiya bazarlarına geri qayıdır. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbəırə görə, Rusiyanın Federal Bitki Qoruma və Qarantin Servisi iki ölkənin kənd təsərrüfatı nazirliklərinin gürcü mallarının Rusyiyaya girişinə tətbiq edilən əngəllərin aradan qaldırıldığını açıqlayıb. Servisin mətbuat katibi Aleksey Alekseyenko 2006-cı ildən kəsilən əlaqələrin tezliklə bərpa ediləcəyini söyləyib. Rusiyalı rəsmi bu məqsədlə Zurab Çekuraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya gəldiyini və tərəflərin danışıqlar apardığını da söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31