“Aparılan islahatlar ölkə iqtisadiyyatının dinamikliyini təmin edir” – Şərh
“Aparılan islahatlar ölkə iqtisadiyyatının dinamikliyini təmin edir” – Şərh
23 Oktyabr 2019 14:22 İqtisadiyyat"Aparılan iqtisadiyyatın konkret hədəfləri var və onlardan bir çoxu dövlət başçısı tərəfindən bir daha səsləndirildi. Qeyri-neft sektorunun daha sürətli inkişafı, bu sektora daha çox xarici investisiyanın cəlb olunması, sahibkarlıq mühitinin daha əlverişli olması, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinin özəl sektor olması və s bu hədəflərdəndir. Aparılan islahatlar da ölkə iqtisadiyyatını bu hədəflərə yaxınılaşdırmaq məqsədi daşıyır".
Bu fikirləri Olaylar.az-a millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, yeni mexanizmlərin işə salınması, çevik idarəetmə sisteminim daha da təkmilləşməsi dövlət başçısı tərəfindən qoyulan bu hədəflərə qısa zaman ərzində çatmağa imkan verəcək.