Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq

Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat məbləğində proqnozlaşdırılır. "Olaylar"ın məlumatına görə, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrində xəbər verilir. Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur. Gələn il büdcə xərcləri isə 26 913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6,8% çoxdur.Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4% azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31