Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Oktyabrın 24-də Bakıda "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi" mövzusunda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Energetika Nazirliyindən "OLAYLAR"-a bildirilib ki,  dörd sessiyadan ibarət olacaq forumdabərpa olunan enerjinin inkişafı vətexnologiyaların rolu, bərpa olunan enerji mənbələrindən istifadə və tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin bölüşdürülməsi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları çərçivəsində müzakirələr aparılacaq.

Forumda 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya,İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xaricienerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxsin iştirakı gözlənilir.

Forumun açılışında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnakınçıxışı nəzərdə tutulub.

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində Energetika Nazirliyi vəEnerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Enerji Xartiyası Forumu gələcək prioritetləri və çağırışları müzakirə etmək üçün uğurlu platforma hesab edilir. Forum milli, regional, beynəlxalq ekspertlər tərəfindən energetika sektorunda qlobal innovasiya trendlərinin, eləcə də Enerji Xartiyasına üzv və müşahidəçi ölkələrin, Xartiyadan kənarda qalan dövlətlərin enerji sektorlarında inkişaf prosesləri və aparılan islahatlarla bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31