Büdcə xərclərinin yuxarı həcmi infilyasiya səviyyəsinə görə müəyyən ediləcək
Büdcə xərclərinin yuxarı həcmi infilyasiya səviyyəsinə görə müəyyən ediləcək
22 Oktyabr 2019 15:12 İqtisadiyyat"Büdcə sistemi haqqında" qanuna dəyişiklik edilib. "Olaylar" xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda büdcə qaydası dəyişib. Belə ki, qüvvədə olan qanuna görə, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamalı idi. Dəyişikliyə əsasən, bu halda növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınacaq. Başqa sözlə, layihəyə əsasən, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olmamalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31