“Azəriqaz” payız-qış mövsümünə hazırlaşır
“Azəriqaz” payız-qış mövsümünə hazırlaşır
22 Oktyabr 2019 12:21 İqtisadiyyatXocəsən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocəsən qəsəbələrində oktyabrın 22-də saat 10:00-dan etibarən qaz təminatında fasilələr müşahidə olunacaq. Şəmkirdə isə həmin saatlarda qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31