2-ci “Bakı Elektron Ticarət Forumu” keçirilir

2-ci “Bakı Elektron Ticarət Forumu” keçirilir

Bu gün "InnoWeek - İnnovasiya həftəsi" çərçivəsində Heydər Əliyev Mərkəzində  ikigünlük 2-ci "Bakı Elektron Ticarət Forumu (BEF - 2019)" işə başlayıb.  "OLAYLAR" xəbər verir ki,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin təşkilatçılığı, "PAŞA Bank"ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş,  pensiyaçılara qədər hər kəsin  bir və ya bir neçə bank kartının olduğunu qeyd edib. "İnternet bankçılıq inkişaf  edir, logistika sahəsində bir çox dövlət və  özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət  çoxlu sayda saytlar və platformalar vasitəsilə  ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida  məhsullarının elektron ticarət vasitəsilə satışında  irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə  elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış  xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Ramin Quluzadə çıxışında deyib ki, müasir və əlçatan internet  infrastrukturu, inkişaf  etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir.

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31