33 rayonunda 51 aqropark və iri fermer təsərrüfatı yaradılır

33 rayonunda 51 aqropark və iri fermer təsərrüfatı yaradılır

Əlavə iqtisadi artım resurslarının cəlb olunması işlərinin tərkib hissəsi olaraq, ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. "Olaylar"ın məlumatına görə, ümumi dəyəri 764 mln. manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 mln. manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 mln. manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 mln. manat vəsait layihələrin icrasına yönəldilib. Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir. Ümumilkdə, bu aqroparklarda  5500 daimi iş yerinin açılması nəzərdə tutulur, artıq istifadəyə verilmiş aqroparklarda 2200 iş yeri açılıb. Aqroparklar və fermer təsərrüfatları tam istifadəyə verildikdən sonra 14 mindən çox iş yerinin yaradılması və ilkin hesablamalara görə, il ərzində 800 mln. manatdan artıq məhsul istehsalı və emalı, xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31