270 layihə çərçivəsində 19 minə yaxın iş yeri açılıb

270 layihə çərçivəsində 19 minə yaxın iş yeri açılıb

İndiyədək 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2940 təsdiqedici sənəd verilib. "Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən müşavirədə bildirilib. Qeyd edilib ki, layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minə yaxın iş yeri açılıb. 2019-cu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 mln. manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ümumilikdə 730 təsdiqedici sənəd təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31