9 ayda yük daşımaları 1,6% artıb
9 ayda yük daşımaları 1,6% artıb
21 Oktyabr 2019 16:54 İqtisadiyyatBu ilin 9 ayında ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində yük daşımaları 1,6% artıb. "Olaylar" xəbər verir ki, bu dövrdə qeyri-neft tranzit daşımaları 43% artmaqla 2,1 mln. tondan çox olub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə tranzit daşımaların həcmində 77%, Şimal-Qərb nəqliyyat dəhlizi ilə tranzit daşımalarda 53% artım qeydə alınıb. Bu sahədə işlərin səmərəliliyinin daha da artırılması əlavə iqtisadi artım üçün yeni imkanlar yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31