Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb

2019-cu ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artaraq 25,3 mlrd. ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 mlrd. ABŞ dolları təşkil edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, qeyri-neft ixracı 15,5% artmaqla 1,4 mlrd. ABŞ dollarına çatıb, sənaye məhsullarının ixracında 13,1%, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6% artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7% çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4% artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. 2020-ci ildə qeyri-neft ixracının 20% artımı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31