Ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb
Ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb
21 Oktyabr 2019 16:30 İqtisadiyyatKiçik və orta sahibkarlara (KOB) dəstək məqsədi ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-sentyabr ayları ərzində sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Bu dövrdə 8 KOB Dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, KOBİA-nın dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, Abşeron rayonunda kombi istehsalı zavodu fəaliyyətə başlayıb, Şəmkirdə istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilib. Sahibkarlara bütün dövlət-biznes ("G2B") və biznes-biznes ("B2B") xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili və "e-KOB evi" portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir.